NATO-nun baş katibi Mark Rutte və Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen NATO ilə Avropa İttifaqı (Aİ) arasında hərbi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
Tvit.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Agentliyin qeyd etdiyi kimi, Rutte və von der Leyen hərbi alyans və Avropa İttifaqı arasında əməkdaşlığı gücləndirmək üçün yeni yüksək səviyyəli işçi qrupu yaratmaq barədə razılığa gəliblər.
“Bəyanatda onlar xəbərdarlıq ediblər ki, Şimali Koreya əsgərlərinin Rusiyada yerləşdirilməsi “ Ukraynaya qarşı müharibənin əhəmiyyətli dərəcədə genişlənməsini , həmçinin Avropanın təhlükəsizliyinə və qlobal sülhə ciddi təhdiddir”, - materialda deyilir.