Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Danimarka Aİ-nin hərbi xərclərini artırmaq istəyində təhlükə gördü
dünya

Danimarka Aİ-nin hərbi xərclərini artırmaq istəyində təhlükə gördü

07-07-2025 09:00 23 Baxış
IMG

Avropa İttifaqının (Aİ) hərbi xərcləri artırmaq istəyi blokun maliyyə sabitliyinə təhlükə yaradır.

Tvit.az xəbər verir ki, bu barədə Danimarkanın iqtisadiyyat naziri Stefani Lose müsahibəsində bildirib.

“Dünyanın müxtəlif iqtisadiyyatlarında qeyri-sabitlik müşahidə olunduğu bir vaxtda müdafiə xərclərini çox sürətli şəkildə artırmaq lazım gəlir. Bu isə iqtisadiyyatlarımız üçün ciddi risk deməkdir”, – deyə Lose bildirib.

O, Aİ ölkələrində büdcə kəsiri və dövlət borcunun sürətlə artmasının ciddi risklər doğurduğunu, üzv ölkələrin bunu nəzarətdə saxlaya bilməyəcəyini vurğulayıb. Bundan əlavə, Avropa artıq ABŞ-ın ticarət rüsumları və Çinin rəqabəti səbəbilə təzyiq altındadır.