Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ dünya Çeçenistanda məktəblərdə hicab qadağası Konstitusiyanın pozulmasıdır
dünya

Çeçenistanda məktəblərdə hicab qadağası Konstitusiyanın pozulmasıdır

28-10-2024 23:00 50 Baxış
IMG

Vladimir vilayətində tətbiq edilən məktəblərdə hicab taxmaq qadağası Rusiya Konstitusiyasının pozulmasıdır.

Tvit.az xəbər verir ki, bunu Çeçenistan müftisi və respublika başçısının müşaviri Salah Meşiyev deyib.

“Rusiya çoxmillətli və çoxkonfessiyalı ölkədir ki, burada müxtəlif xalqların, dinlərin və konfessiyaların milyonlarla nümayəndəsi əsrlər boyu sülh və harmoniya şəraitində yaşayıb. Təəssüf ki, xüsusilə qarşılıqlı anlaşmaya çalışmalı olduğumuz bir vaxtda millətlərarası və dinlərarası nifrətin qızışdırılmasına yönəlmiş tənzimləmələrin təşəbbüskarları var”.

O, qadağanın yalnız islami dini geyimlərə yönəldiyinin də onu çaşdırdığını deyib. Mejiyev ümid etdiyini bildirib ki, bu, “müsəlmanlara qarşı ayrı-seçkiliyə yönəlmiş məqsədyönlü hərəkətlər”lə deyil, sənədin kifayət qədər işlənməməsi ilə bağlıdır.

Aysel