Oktyabrın 26-da Samur-Abşeron su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində suda kişi meyiti aşkarlanıb.
"Tvit.az" xəbər verir ki, meyiti tapılan gənc 2003-cü il təvəllüdlü Siyəzən şəhər sakini Şaiq Elçin oğlu Məmmədov olub.
O, Azərbaycan İdman Akademiyasının tələbəsi idi.
Hadisə ilə bağlı araşdırma aparılır.