Şəkidə 4 otaqlı fərdi yaşayış evi yanıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, rayonun Aşağı Göynük kəndində, kənd sakini Zəminə Lətif qızı Mustafayevaya məxsus, ümumi sahəsi 176 kv/m olan kürsülü bir mərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.