Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Naxçıvanda fermerlərə dəymiş ziyan Aqrar Sığorta Fondu tərəfindən ödəniləcək
sosial

Naxçıvanda fermerlərə dəymiş ziyan Aqrar Sığorta Fondu tərəfindən ödəniləcək

05-05-2025 22:00 25 Baxış
IMG

Naxçıvanda sığortalı fermerlərə dəymiş ziyan Aqrar Sığorta Fondu tərəfindən 7 iş günü müddətində ödəniləcək.


Bunu Report-a müsahibəsində Aqrar Sığorta Fondunun Naxçıvan filialının rəhbəri Sərxan Məmmədov bildirib.

 

O qeyd edib ki, dolu nəticəsində zərərçəkmiş sığortalı fermerlərə dəymiş ziyan gözləmə müddətində bitdikdən, müraciətlər yekunlaşdıqdan sonra müstəqil ekspert tərəfindən sahələrə baxış keçirilərək dəyən ziyanın məbləği dəqiqləşdiriləcək.

 

Filial rəhbəri onu da bildirib ki, proses başa çatdıqdan sonra öz təsərrüfatını sığortalayan fermerlərə dəymiş ziyan Aqrar Sığorta Fondu tərəfindən ödəniləcək.

 

Qeyd edək ki, muxtar respublikanın əsasən Şahbuz və Babək rayonlarındakı təsərrüfat sahələri dolu nəticəsində daha çox ziyan görüb.