Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ şou-biznes Əli Mirəliyev reanimasiyadan çıxarıldı
şou-biznes

Əli Mirəliyev reanimasiyadan çıxarıldı

26-04-2025 18:00 24 Baxış
IMG

Xəstəxanaya yerləşdirilən tanınmış müğənni Əli Mirəliyevin son durumu açıqlanıb.

"Tvit.az" xəbər verir ki, bu barədə sənətçinin qızı Samirə Mirəliyeva Oxu.az-a açıqlama verib. O bildirib ki, atasının vəziyyəti qənaətbəxşdir:

"İndicə reanimasiyadan çıxarıb palataya köçürdülər".

Qeyd edək ki, sənətçinin xanımı Anaxanım Mirəliyeva açıqlamasında ərinin xəstəxanaya yerləşdirildiyini bildirmişdi: "Əli müəllim xəstəxanadadır. İtin zənciri ayağına dolaşıb, yıxılıb zədə alıb. Əməliyyat olunub, reanimasiyadadır. Sabah palataya çıxaracaqlar".