Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Belarus Azərbaycanla hərbi məhsullar istehsal edəcək
sosial

Belarus Azərbaycanla hərbi məhsullar istehsal edəcək

05-05-2025 23:00 17 Baxış
IMG

Yaxın gələcəkdə Azərbaycanla birgə hərbi sənaye məhsulları istehsal olunacaq.

 

Tvit.az Report-a istinadən xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Belarusun Baş naziri Aleksandr Turçinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində olan Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantus bildirib.

 

"Belarus və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq strateji xarakter daşıyır və uzun tarixi ilə məşhurdur, ona görə də biz planlı və sistemli şəkildə işi davam etdiririk", - D.Pantus qeyd edib.

 

Onun sözlərinə görə, hazırda tərəflər Azərbaycan ərazisində hərbi təyinatlı məhsulların istehsalının təşkili üzrə birgə layihələri müzakirə edirlər.

 

"Bu iş davam edir və yaxın gələcəkdə Azərbaycanın hərbi sənaye korpusu ilə birgə məhsullarımız olacaq", - o vurğulayıb.