Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Prezident seçkilərinin nəticələrinə görə baş nazir istefa vermək niyyətindədir - Bu ölkədə
dünya

Prezident seçkilərinin nəticələrinə görə baş nazir istefa vermək niyyətindədir - Bu ölkədə

05-05-2025 18:00 33 Baxış
IMG
Rumıniyanın baş naziri Marsel Siolacu ölkədə keçirilən prezident seçkilərinin birinci turunun nəticələrinə görə istefa vermək niyyətində olduğunu bəyan edib.
Tvit.az xəbər verir ki, bu barədə Agerpres məlumat yayıb.

Rumıniya baş nazirinin sözlərinə görə, o, sosial-demokrat partiyasının rəhbərliyi ilə ilkin müzakirədən sonra mayın 6-da istefasını elan edəcək.

Bundan əvvəl Rumıniyanın hakim koalisiyasının namizədi, prezident seçkilərinin birinci turunda uduzan Krin Antonesku məğlubiyyətini etiraf edib.

Xatırladaq ki, Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda 41% səslə lider Rumınların Birləşməsi üzrə millətçi ittifaqa başçılıq edən Corc Simion olub.

Aysel Şirinova