15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabrın 23-dən noyabrın 1-dək Qəbələdə təlim-məşq toplanışı keçəcək.
Tvit.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-15 toplanış zamanı Tükiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə oktyabrın 28-də və 31-də iki yoldaşlıq oyunu keçirəcək.
Türkiyənin U-15 yığması isə oktyabrın 26-dan noyabrın 1-dək Qəbələdə təlim-məşq toplanışında olacaq.