Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya, Aİ və NATO arasında birbaşa toqquşma mümkün deyil
dünya

Rusiya, Aİ və NATO arasında birbaşa toqquşma mümkün deyil

11-04-2025 22:00 33 Baxış
IMG

Rusiya ilə Avropa İttifaqı və Şimali Atlantika Alyansı arasında birbaşa hərbi toqquşma ehtimalı azdır.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov “Rossiya-24” telekanalına müsahibəsində bildirib.

"Mənə elə gəlir ki, hələlik bunlar yalnız narahatlıqlardır. Avropa İttifaqı ilə bir növ toqquşma olacağını söyləmək - (hətta NATO ilə belə), olmaz, çünki amerikalılar açıq şəkildə hərbi qarşıdurmaya meylli deyillər - bunun heç bir əlaməti yoxdur", - deyə o, vurğulaylb.

Ulyanov bildirib ki, Avropa İttifaqının  toqquşmaya girməsi heç də əlverişli deyil, bunun üçün onun lazımi imkanları yoxdur və ən əsası - onların siyasi iradəsi yoxdur.

Aysel Şirinova