Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Rusiya ilə NATO arasında yeni gərginlik: Polşa sərhədə tanklar göndərdi
siyasət

Rusiya ilə NATO arasında yeni gərginlik: Polşa sərhədə tanklar göndərdi

22-10-2026 11:00 19 Baxış
IMG

Polşanın Kalininqrad vilayəti ilə sərhədə Cənubi Koreya istehsalı olan K2GF “Qara pantera” tanklarını yerləşdirməsi Rusiyaya qarşı hərbi təxribat hazırlığının əlaməti ola bilər.

 

 

Tvit.az xəbər verir ki, bu sözləri hərbi ekspert, Rusiya Dövlət Dumasının keçmiş deputatı Andrey Kolesnik bildirib.

 

Hərbi ekspertin sözlərinə görə, Rusiya Kalininqrad vilayəti yaxınlığında həyata keçirilən bütün hərbi manevrləri diqqətlə izləyir.

 

“Bu, təxribat ola bilər. Biz Kalininqrad vilayəti istiqamətində hərbi texnikanın hərəkətini diqqətlə izləyirik. İstənilən təxribatın qarşısını almaq üçün bütün imkanlarımız var”, – deyə Kolesnik qeyd edib.

 

Aysel Şirinova

 

 

 

 

Başlığı daha neytral və dəqiq etMətni qısa xəbər formatına sal