Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Yayılan iddialarla bağlı SOCAR-dan açıqlama
sosial

Yayılan iddialarla bağlı SOCAR-dan açıqlama

23-10-2026 20:00 15 Baxış
IMG

Sosial şəbəkələrdə Şimal bölgəsində fəaliyyət göstərən bir sıra yanacaqdoldurma məntəqələrinə yanacaq verilişinin dayandırılması ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, “Azpetrol” istisna olmaqla, Quba, Xaçmaz-Xudat, Qusar, Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərən digər yanacaqdoldurma məntəqələrinə yanacaq verilmir. Yayılan məlumatlara görə, yanacaq verilişi “SOCAR Petroleum” QSC-nin Xaçmaz Neft Terminalı Bazası № 10-dan həyata keçirilmir. Bildirilir ki, bəzi yanacaqdoldurma məntəqələrində hazırda yanacaq ehtiyatı olsa da, bu ehtiyatın təxminən bir gün ərzində tükənə biləcəyi qeyd olunur. Bu isə yanacaq satışında fasilələrin yaranması ehtimalını artırır.

"Tvit.az" APA-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Şimal bölgəsində (Quba, Xaçmaz, Xudat, Qusar, Şabran və Siyəzən rayonları) fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinə yanacağın verilməsinin dayandırılması və “SOCAR PETROLEUM” QSC-nin Xaçmaz Neft bazası sahəsində yanacaq təchizatının məhdudlaşdırılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

“Bildiririk ki, “SOCAR PETROLEUM” QSC-nin Xaçmaz Neft Terminalı Bazasında kifayət qədər yanacaq ehtiyatı mövcuddur və bölgədəki məntəqələrin yanacaqla təminatı adi iş rejimində, fasiləsiz olaraq həyata keçirilir. Yanacaq verilişinin dayandırılması və ya məhdudlaşdırıcı tədbirlər barədə iddialar tamamilə əsassızdır.

Şirkətimiz istehlakçıların və tərəfdaş məntəqələrin davamlı yanacaqla təchizatını tam nəzarətdə saxlayır, tədarük zəncirində heç bir gecikmə və ya çatışmazlıq müşahidə olunmur.

Media nümayəndələrindən və ictimaiyyətdən dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad olunmayan məlumatlara etibar etməmələri xahiş olunur”, – deyə məlumatda vurğulanır.