Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Cənubi Koreya sərhəddə gərginliyin azaldılması üçün KXDR-ə danışıqlar təklif edib
dünya

Cənubi Koreya sərhəddə gərginliyin azaldılması üçün KXDR-ə danışıqlar təklif edib

23-10-2026 20:00 15 Baxış
IMG

Cənubi Koreya sərhəd xəttinin müəyyənləşdirilməsi ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq və sərhədyanı ərazilərdə təsadüfi toqquşmaların qarşısını almaq məqsədilə KXDR-ə hərbi danışıqlar keçirməyi təklif edib.

 

Tvit.az-ın məlumatına görə, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

 

Cənubi Koreyanın müdafiə nazirinin müavini Kim Hon Çxol bildirib ki, Seul iki ölkə arasındakı quru hərbi demarkasiya xəttinin dəqiq yerinin qarşılıqlı şəkildə təsdiqlənməsini, hərbi rabitə xətlərinin bərpasını və sərhədyanı ərazilərdə təsadüfi toqquşmaların qarşısının alınması tədbirlərini müzakirə etmək istəyir.

O əlavə edib ki, Seul ABŞ-ın rəhbərlik etdiyi BMT Komandanlığının iştirakı ilə üçtərəfli danışıqların keçirilməsinə də hazırdır.

Qeyd edək ki, Cənubi Koreya sərhəd bölgəsində baş verən son mina partlayışları nəticəsində üç hərbçinin xəsarət almasından sonra gərginliyin azaldılmasına çalışır.