Azərbaycan UEFA-nın ölkələr reytinqində 24-cü sırada yer alıb.
Tvit.az xəbər verir ki, Avropa Liqasının əsas mərhələsinin III turunun nəticələri ölkəmizin mövqeyinə təsir etməyib.
İsrailin "Hapoel Beer-Şeva" komandası səfərdə Belçikanın USG klubuna 0:4 hesabı ilə uduzub. Bu məğlubiyyət İsrailin Azərbaycanı reytinqdə geridə qoymaq imkanını aradan qaldırıb.
Hazırda Azərbaycanın əmsalı 24.187-dir. 24.125 xala malik İsrail 25-ci, 24.837 əmsalla Ukrayna isə 23-cü pillədədir.
Qeyd edək ki, siyahıya 106.463 əmsalla İngiltərə başçılıq edir.