FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Hövsan Yarış Kompleksində olub.
Tvit.az xəbər verir ki, Bakıya gələn 77 yaşlı fransalı funksioner idman kompleksində görülən işlərlə tanış olub.
Xatırladaq ki, Venger FIFA-nın yeni U-15 turnirinin konsepsiyasının hazırlanmasında mühüm rol oynayıb. Tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalının oyunları oktyabrın 24-də Bakıda başlayacaq və oktyabrın 30-da başa çatacaq.
Azərbaycan millisi ilk görüşünü oktyabrın 24-də saat 19:30-da Bakı Kristal Zalında Timor-Leste yığmasına qarşı keçirəcək.