Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Bakıda keçmiş prokurorun oğlu intihar etdi
hadisə

Bakıda keçmiş prokurorun oğlu intihar etdi

06-03-2025 12:00 30 Baxış
IMG

Bakıda intihar hadisəsi baş verib.

 

Tvit.az lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Pirşağı qəsəbəsində qeydə alınıb.

 

Orada yaşayan, 39 yaşlı Nizami Namiq oğlu Həsənov yaşadığı evdə özünü asıb.

 

İntiharın səbəbi məlum deyil.

 

KİV-də yayılan məlumata görə, intihar edən Nizami Həsənovun atası Namiq Həsənov əvvəllər prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

 

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.