Azərbaycanda müalicəyə gələn xarici ölkə vətəndaşı hoteldə ölü tapılıb.
Tvit.az-ın məlumatına görə, hadisə Naftalan şəhərində baş verib. Özbəkistan vətəndaşı, 1957-ci il təvəllüdlü Cahangir Mahmudoviç Zufarof Naftalan şəhərindəki "Garabagh Resort & SPA" hoteldə qalıb, sanatoriyada müalicə alıb. O, müalicə prosedurundan çıxıb hotelə gedib, orada dincəlmək istəyib. Bir müddətdən sonra otaqda meyiti aşkarlanıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar. Meyitin üzərində zorakılıq əlaməti aşkar edilməyib, onun ürək tutmasından dünyasını dəyişdiyi məlum olub.
Faktla bağlı araşdırmalar aparılır.