Süni intellekt modellərinin 2026-cı ildə 12 dəfə ucuzlaşacağı və daha əlçatan olacağı gözlənilir.
Tvit.az xəbər verir ki, bunu Sberbank-ın baş direktoru Herman Qref “AI Journey 2026” beynəlxalq süni intellekt konfransı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, süni intellekt modellərinin qiymətinin azalması texnologiyanın daha geniş kütlələr üçün əlçatan olmasına şərait yaradacaq.
Qref qeyd edib ki, bu proses insan həyatının, biznesin və dövlət idarəçiliyinin müxtəlif sahələrində ciddi dəyişikliklərə və inkişafa təkan verə bilər.
Aysel Şirinova