Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər Google Gemini-yə söhbətləri arxivləşdirmək funksiyası əlavə olunur
digər

Google Gemini-yə söhbətləri arxivləşdirmək funksiyası əlavə olunur

24-11-2026 21:00 9 Baxış
IMG

Google Gemini süni intellekt çatbotuna söhbətləri arxivləşdirmək funksiyası əlavə etməyə hazırlaşır.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, yenilik istifadəçilərə silmək istəmədikləri, lakin söhbət tarixçəsində görünməsini arzulamadıqları yazışmaları gizlətməyə imkan verəcək.

 

Funksiya Google tətbiqinin 17.78.13.sa.arm64 versiyasında aşkarlanıb. İstifadəçilər arxivləşdirmək istədikləri söhbətin üzərinə uzun basaraq müvafiq seçimi edə biləcəklər.

 

Arxivlənmiş söhbətlərə isə yan menyudakı filtr vasitəsilə asanlıqla daxil olmaq mümkün olacaq. Bununla da istifadəçilər söhbət tarixçəsini daha səliqəli saxlaya biləcəklər.

 

Funksiyanın nə vaxt istifadəyə veriləcəyi hələlik açıqlanmayıb.

 

Aysel Şirinova