Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb
siyasət

Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb

25-11-2026 11:00 9 Baxış
IMG

Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.

 

Bildirilib ki, sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budris imzalayıblar.

 

Vurğulanıb ki, imzalanma mərasimi Azərbaycan-Litva münasibətlərində mühüm mərhələ olmaqla, ikitərəfli əməkdaşlığın gücləndirilməsi və siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, bağlantılar və qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni çərçivə yaradır.