ABŞ-ın şərqində baş verən fırtına səbəbindən 600 mindən çox elektrik istehlakçısı işıqsız qalıb.
Tvit.az-ın xarici mediaya istinadla məlumatına görə, ən çox elektrik kəsintiləri Virciniya və Missuri ştatlarında qeydə alınıb, burada müvafiq olaraq 220.000 və 150.000 istehlakçı elektriksiz qalıb.
Dünən Nyu-York şəhərində və Nyu-Cersi ştatında güclü yağışlar və küləklərin sürətinin 26 m/s-ə çatacağı gözlənilir.
Vəziyyətlə bağlı fövqəladə hal elan olunub.
Aysel Şirinova