ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə İranla bağlı vəziyyəti və Rusiya-Ukrayna müharibəsini müzakirə edib.
Tvit.az xəbər verir ki, Ağ Evin mətbuat xidməti görüşün konstruktiv şəraitdə keçdiyini bildirib.
Tramp və Rutte, habelə, Haaqa və Ankarada keçirilmiş əvvəlki birgə görüşlərin nəticələrini nəzərdən keçiriblər. Onlar Rusiya-Ukrayna müharibəsinin daha da genişlənməsinin qarşısını almaq yollarını müzakirə edərək, münaqişənin sülh yolu ilə həllinə mümkün qədər tez nail olmağın vacibliyini vurğulayıblar.
Elmin Alışov