Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Əli Əsədov Maroş Jilinka ilə görüşüb
sosial

Əli Əsədov Maroş Jilinka ilə görüşüb

26-11-2026 16:00 32 Baxış
IMG

Baş nazir Əli Əsədov Slovakiyanın Baş prokuroru Maroş Jilinka ilə görüşüb.

 

Bu barədə Tvit.az-a Nazirlər Kabinetindən məlumat verilib.

 

Görüşdə Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlər üzrə daha da dərinləşdirilməsi üçün geniş potensialın mövcud olduğu vurğulanıb.

 

İki ölkənin prokurorluq orqanları arasında əlaqələrin dinamikası yüksək qiymətləndirilib, bu sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub. Bu baxımdan Azərbaycan və Slovakiyanın baş prokurorluqları arasında bu gün imzalanan əməkdaşlıq proqramının əhəmiyyətinə toxunulub.

 

Görüşdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev iştirak edib.