İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin əczaçılıq müəssisələrində kimyəvi silahların hazırlanması və gizlədilməsi ilə bağlı İsrailin ittihamlarına münasibət bildirib.
Bu barədə TASS məlumat yayıb.
Əraqçinin sözlərinə görə, bu cür iddialar ABŞ-ni İrana qarşı yeni hərbi münaqişəyə aldatma yolu ilə cəlb etməyə yönəlmiş strategiyanın tərkib hissəsidir.
Nazir xatırladıb ki, İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NPT) iştirakçısı, eləcə də Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (OPCW) üzvüdür.
O, həmçinin qeyd edib ki, İran özü də keçmişdə kimyəvi silahların tətbiqindən zərər çəkib. Əraqçinin iddiasına görə, həmin silahlar Qərbi Almaniya tərəfindən Səddam Hüseyn rejiminə tədarük edilib.