Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Zelenski ABŞ-dən dördtərəfli görüşün tarixini gözləyir
dünya

Zelenski ABŞ-dən dördtərəfli görüşün tarixini gözləyir

25-11-2026 21:00 10 Baxış
IMG

Ukrayna Prezidenti Vladimir Zelenski Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna ilə görüş keçirib.

 

Tvit.az-ın xəbərinə görə, bu, nazirin cari il ərzində Kiyevə dördüncü səfəridir.

Zelenskinin sözlərinə görə, görüşdə Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələri, enerji sahəsində yardım, gələn ilin əvvəlində Estoniyada keçiriləcək Ukraynanın Bərpası Konfransına hazırlıq, eləcə də danışıqlar prosesi və gələcək təhlükəsizlik zəmanətləri müzakirə olunub.

Ukrayna Prezidenti bildirib ki, Kiyev ABŞ-nin vasitəçiliyi ilə aparılan sülh prosesində Avropanın tamhüquqlu iştirakını təmin etmək üçün xeyli iş görüb. Hazırda Ukrayna tərəfi ABŞ-dən növbəti görüşün tarixinin müəyyənləşdirilməsi ilə bağlı təklif gözləyir. Görüşün dördtərəfli formatda keçirilməsi nəzərdə tutulur.

Zelenski, həmçinin Ukraynaya bütün mühüm sahələrdə göstərdiyi dəstəyə görə Estoniyaya təşəkkür edib.