ABŞ prezidentinin xüsusi elçisi və Cared Kuşner Ukraynadakı münaqişənin həlli kontekstində 2 əsas həll yolunun müzakirə olunduğunu bildirib.
Tvit.az xəbər verir ki, o, bu açıqlamanı Axel Springer-in baş direktoru Matthias Döpfnerin aparıcılığı ilə YouTube -da yayımlanan podkastda verib.
“Əsasən 2 həll yolu müzakirə olunur. Biri bir növ dondurmadır ki, bu da atəşkəsə və sülhə gətirib çıxaracaq. İkinci təklif isə Ukraynanın bütün Donbasdan imtina etməsi və bunun müqabilində NATO-ya tam üzvlük almasıdır”,- deyə o, vurğulayıb.
Elmin Alışov