Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Pərviz Şahbazova yeni vəzifə verildi
sosial

Pərviz Şahbazova yeni vəzifə verildi

23-11-2026 15:00 21 Baxış
IMG

Elektroenergetika sahəsində bir sıra istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin araşdırılması məqsədilə Komissiya yaradılıb.

Tvit.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Sərəncama əsasən, elektroenergetika sisteminin mövcud potensialının və infrastruktur imkanlarının, enerji sistemində paralel iş rejiminin təşkili, elektrik enerjisinin ötürülməsi və paylanması sahəsində mövcud vəziyyətin araşdırılması, bu sahələrin inkişafı üzrə zəruri tədbirlərin müəyyən edilməsi, kiçik su elektrik stansiyalarının tikintisi və istismarının effektivliyinin təhlili, habelə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin, o cümlədən maliyyə-təsərrüfat fəaliyyətinin və idarəetmə mexanizmlərinin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılıb:

Komissiyanın sədri:

Azərbaycan Respublikasının energetika naziri (Pərviz Şahbazov)

Komissiyanın üzvləri:

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini

Azərbaycan Respublikası Baş nazirinin köməkçisi.