Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İran XİN: Hörmüz boğazında təhlükəsizliyin bərpası ABŞ-ın öhdəliklərindən asılıdır
dünya

İran XİN: Hörmüz boğazında təhlükəsizliyin bərpası ABŞ-ın öhdəliklərindən asılıdır

23-11-2026 15:00 14 Baxış
IMG

İran xarici işlər nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, ABŞ üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyi təqdirdə Hörmüz boğazında və regionda təhlükəsizlik ən qısa zamanda bərpa oluna bilər.


Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.


Bəqayi mətbuat konfransında qeyd edib ki, bu mövqe mövcud çətinliklərin nəzərə alınmadığı anlamına gəlmir. Onun sözlərinə görə, İran öz tələblərini və İran xalqının hüquqlarının əhatə dairəsini yaxşı anlayır və bu məsələdə güzəştə getməyəcək.


XİN sözçüsü vurğulayıb ki, İranın irəli sürdüyü şərtlər qeyri-adi və ya fövqəladə tələblər deyil, ölkənin təbii və qanuni hüquqlarıdır.


Bəqayi həmin şərtlər sırasında sanksiyaların ləğvini, dəniz blokadasına son qoyulmasını və ABŞ-ın İslamabad razılaşması çərçivəsində qəbul etdiyi bütün öhdəlikləri yerinə yetirməsini sadalayıb. 


Elmin Alışov