Estoniya prezidenti Ülle Madize Rusiya ilə sərhədin bağlanması barədə qərarın emosiyalara əsaslanaraq qəbul edilməməli olduğunu bildirib.
Tvit.az-ın məlumatına görə, bu barədə Postimees nəşri xəbər yayıb.
Ölkənin Prezidenti vurğulayıb ki, bu cür mühüm qərarlar qəbul edilərkən emosiyalar deyil, obyektiv təhlil və ölkənin milli maraqları əsas götürülməlidir.
“Qərar qəbul edən şəxslərin və dövlət xadimlərinin vəzifəsi insanların emosiyalarını dinləmək, lakin onları bir kənara qoyaraq qərəzsiz təhlilə əsaslanmaq və son nəticədə Estoniya üçün nəyin faydalı olacağına diqqət yetirməkdir”, – deyə prezident bildirib.
Onun sözlərinə görə, belə addımlar ölkənin maraqlarına zidd nəticələrə səbəb ola bilər.
Qeyd edək ki, daha əvvəl Estoniyanın xarici işlər naziri Marqus Tsahkna dekabrın 1-dən Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrinin bağlanmasının planlaşdırıldığını açıqlayıb.
Bu qərarın əsas səbəbi kimi noyabrın 14-də Estoniyanın müdafiə sənayesi müəssisəsi “Threod Systems”ə qarşı törədilməsinə cəhd göstərilən təxribat hadisəsinə bənzər halların qarşısının alınması göstərilir.
Aysel Şirinova