Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas arasında telefon danışığı olub.
Trend xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər cəbhədəki mövcud vəziyyəti, sülhün təmin olunması istiqamətində səyləri, eləcə də Qara dənizdə sərbəst gəmiçiliyin bərpası məsələlərini müzakirə ediblər.
Andrey Sibiqa, həmçinin Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalara, Ukraynaya ayrılan müdafiə yardımı paketlərinə, eləcə də ölkənin makromaliyyə sabitliyinin və dayanıqlılığının təmin edilməsi istiqamətində görülən tədbirlərə görə Kaya Kallasa təşəkkürünü bildirib.