İordaniyada hərbi təlim zamanı “Black Hawk” tipli helikopter qəzaya uğrayıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində 5 hərbi qulluqçu yaralanıb.
Bildirilib ki, qəza baş verən kimi ixtisaslaşmış operativ qruplar hadisə yerinə cəlb olunub və zəruri tədbirlər görülüb.
Hadisənin başvermə səbəbləri barədə hələlik məlumat verilməyib.
Aysel Şirinova