Ağdaş rayonunda 26 yaşlı kişinin meyiti tapılıb.
Tvit.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Yenikənd kəndində baş verib. Kənd sakini, 2000-ci il təvəllüdlü Eltac Xuduyevin nəşi yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Onun xəstəlikdən öldüyü deyilir.
Faktla bağlı araşdırma aparılır.