Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Özbəkistan və Türkiyə müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər
dünya

Özbəkistan və Türkiyə müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər

16-11-2026 16:00 51 Baxış
IMG

Özbəkistanın müdafiə naziri Botir Kudratxocayev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu ilə görüşüb.

Tvit.az xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın mövcud vəziyyəti, əldə olunan nəticələr və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər hərbi əlaqələrin gücləndirilməsi, mövcud əməkdaşlıq imkanlarından səmərəli istifadə və yeni istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetiriblər.

Səfər çərçivəsində Selçuk Bayraktaroğlu Özbəkistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Zaynobiddin İminovla da danışıqlar aparıb.

Türkiyə nümayəndə heyəti, həmçinin Özbəkistanın Hərbi Təhlükəsizlik və Müdafiə Universitetinə baş çəkərək hərbi kadrların hazırlığı, tədris bazası və təhsil şəraiti ilə tanış olub.