Cənubi Koreyada Koreya müharibəsində həlak olan əsgərin qalıqlarının 75 ildən sonra ailəsinə qaytarıldığı bildirilir.
Tvit.az bu barədə “Yonhap” agentliyinə istinadən xəbər verir.
Əsgərin qalıqları ilk dəfə 2004-cü ildə qazıntılar zamanı aşkar edilmiş və 2019-cu ildə ailəsindən DNT nümunələri götürülmüşdür.
Dövrün texnoloji məhdudiyyətləri səbəbindən heç bir uyğunluq aşkarlana bilmədi və uyğunluq yalnız sentyabr ayında keçirilən sınaqla mümkün oldu.
1951-ci ilin avqust ayında Şimali Koreyaya qarşı döyüşdə həlak olduğu düşünülən Anın, 2000-ci ildən bəri qalıqları ailəsinə qaytarılan 286-cı Cənubi Koreya əsgəri olduğu deyilir.
Elmin Alışov