2026-cı il oktyabrın 1-nə Rusiyanın xarici borcu 315,8 milyard ABŞ dolları təşkil edib.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının açıqladığı məlumatda bildirilir.
Məlumata görə, ölkənin xarici borcu ilin əvvəlindən 9 milyard ABŞ dolları və ya 2,9% artıb.
Rusiya Mərkəzi Bankı xarici borcun artmasını əsasən iqtisadiyyatın digər sektorlarının və bank sisteminin xarici öhdəliklərinin çoxalması ilə əlaqələndirib.
Aysel Şirinova,
Tvit.az