Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ və Ermənistan TRIPP layihəsinin icrasını müzakirə edib
dünya

ABŞ və Ermənistan TRIPP layihəsinin icrasını müzakirə edib

13-11-2026 21:00 63 Baxış
IMG

Ermənistan və ABŞ arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyasının icrası üzrə işçi qrupunun videokonfrans formatında görüşü keçirilib.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

 

Görüşdə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və ABŞ dövlət katibinin müavininin müavini Piter Andreoli TRIPP layihəsinin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Danışıqların əsas mövzuları enerji, kritik minerallar və nadir faydalı qazıntılar sahəsində əməkdaşlıq olub.