Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İordan çayının qərb sahilində İŞİD-lə əlaqəli şəxslər saxlanılıb
dünya

İordan çayının qərb sahilində İŞİD-lə əlaqəli şəxslər saxlanılıb

13-11-2026 17:00 56 Baxış
IMG

İsrail ordusu İordan çayının qərb sahilində terror aktları hazırlamaqda şübhəli bilinən 4 nəfəri saxlayıb. Onlardan ikisinin İŞİD terror təşkilatı ilə əlaqəli olduğu bildirilir.

 

Tvit.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əməliyyat İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) göstərişi əsasında İordan çayının qərb sahilində, İsrail ordusunun “Menaşe” briqadasının məsuliyyət zonasına daxil olan ərazidə həyata keçirilib.

Saxlanılan şəxslərin İsrail vətəndaşlarına qarşı terror aktlarının hazırlanmasında iştirak etdikləri iddia olunur. Onlardan ikisinin İŞİD terror təşkilatı ilə əlaqəsinin olduğu qeyd edilir.

Şübhəlilər əlavə dindirilmə və istintaq tədbirlərinin aparılması üçün hüquq-mühafizə orqanlarına təhvil verilib.