Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyi ilə bağlı qərar verib
sosial

Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyi ilə bağlı qərar verib

13-11-2026 17:00 53 Baxış
IMG

Nazirlər Kabineti "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında" 4 iyun 2019-cu il tarixli qərarında dəyişiklik edib.

 

Tvit.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

 

Qərara əsasən, bu qərar Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan qurumlara və ya tabeliyində olan hüquqi şəxslərə, eləcə də onların strukturuna daxil olan və ya tabeliyində olan hüquqi şəxslərə, habelə onlar tərəfindən hüquqi şəxslərin yaradılması və yenidən təşkili, hüquqi şəxslərdə iştirak paylarının (səhmlərin) əldə edilməsi yolu ilə paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə şamil edilmir.