Türkiyə XİN BƏƏ-də baş verən ağır yol qəzası ilə bağlı başsağlığı verib.
Tvit.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
“Biz həlak olanların yaxınlarına və BƏƏ xalqına başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”, – deyə nazirliyin bəyanatında bildirilib.
Qeyd edək ki, Füceyrə əmirliyində 23 avtomobilin iştirakı ilə baş verən ağır qəza nəticəsində 14 nəfər ölüb, 230-dan çox insan yaralanıb.
Aysel Şirinova