Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Tokayev ordunun döyüş hazırlığının artırılmasını tapşırdı
dünya

Tokayev ordunun döyüş hazırlığının artırılmasını tapşırdı

19-10-2026 16:00 30 Baxış
IMG
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Silahlı Qüvvələrin döyüş hazırlığının gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.
 
 

Tvit.az xəbər verir ki, dövlət başçısı bu barədə Baş Qərargah rəisi Aytkurman Ömərbəyov və müdafiə nazirinin müavini Tatyana Savelyeva ilə görüşündə bildirib.

 

Görüşdə ordunun döyüş və səfərbərlik hazırlığı, hərbi təlimlərin maliyyələşdirilməsi və büdcə vəsaitlərindən səmərəli istifadə məsələləri müzakirə olunub.

 

Tokayev hərbi idarəetmə sisteminin təkmilləşdirilməsi, qərarların qəbulunda operativliyin artırılması və qoşunların döyüş hazırlığının gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verib.

 

 

Aysel Şirinova