ABŞ Suriyada DEAŞ terror təşkilatına aid olduğu bilinən düşərgələrə hava zərbələri endirib.
Tvit.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Açıqlamada, ABŞ Hərbi Hava Qüvvələrinə aid müxtəlif təyyarələr vasitəsilə 75-dən çox hədəfin vurulduğu, hücumlarla bağlı zərər qiymətləndirmə işlərinin davam etdiyi və mülki itkilərin olmadığı bildirilib.
Elmin Alışov