Suriyanın İŞİD terror qruplaşmasının Xoms əyaləti üzrə lideri Xalid Raid Beronini saxlayıb.
Tvit.az-ın məlumatına görə, bu barədə Suriyanın Daxili Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata əsasən, “Əbu Həsən Duşka” ləqəbi ilə tanınan Beroni Dəməşq yaxınlığında keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.
Bildirilib ki, o, İŞİD-in Xoms əyalətində hərbi komandiri olub və bir sıra terror aktlarının, o cümlədən kustar üsulla hazırlanmış partlayıcı qurğulardan istifadə edilməklə hücumların planlaşdırılmasına və həyata keçirilməsinə nəzarət edib.
Beroninin 2025-ci ilin dekabrında Xomsun Vadi-əz-Zəhəb ərazisində məsciddə törədilən partlayışa görə də məsuliyyət daşıdığı qeyd olunub. Hadisə nəticəsində 8 nəfər ölüb, 18 nəfər yaralanıb.