Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ dünya Durov Paris məhkəməsində ilk dəfə sorğu-sual edilib
dünya

Durov Paris məhkəməsində ilk dəfə sorğu-sual edilib

06-12-2024 23:00 58 Baxış
IMG

"Telegram" messencerinin təsisçisi Pavel Durov ilk dəfə Paris məhkəməsində loyallıq mövzusunda sorğu-suala tutulub.

 Bu barədə "Europe1" mənbəyə istinadla xəbər verir.

"Cümə günü Durov ilk dəfə olaraq Paris hakimi tərəfindən messencer platformasının cinayət əməllərində mümkün iştirakı ilə bağlı aparılan istintaq çərçivəsində loyallıq barədə sorğu-suala tutulub", - mənbə bildirib.

Qeyd edək ki, "Telegram"ın təsisçisi iki vəkillə birlikdə yerli vaxtla saat 10:00-da (Moskva vaxtı ilə 12:00) məhkəməyə gəlib. Durov vurğulayıb ki, "Fransız ədalətinə etibar edir", ona qarşı irəli sürülən ittihamları şərh etməkdən imtina edir.