Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Meloni səsinin hüquqi müdafiəsi üçün Aİ-yə müraciət etdi
dünya

Meloni səsinin hüquqi müdafiəsi üçün Aİ-yə müraciət etdi

05-10-2026 23:00 18 Baxış
IMG

İtaliyanın Baş naziri Corca Meloni səsinin əmtəə nişanı kimi qeydiyyata alınması üçün Avropa İttifaqının Əqli Mülkiyyət İdarəsinə müraciət edib.

 

Müraciətə Meloninin italyan dilində iki dəfə “Mən Corca Meloniyəm” dediyi 4 saniyəlik audioyazı əlavə olunub.

Təşəbbüs süni intellekt vasitəsilə hazırlanmış deepfeyklərə qarşı müdafiəni gücləndirmək məqsədi daşıyır.

Ərizə təsdiqlənərsə, bu, Meloninin səsinin süni intellektlə hazırlanmış məzmunda istifadəsini qadağan etməyəcək. Lakin onun səsini təqlid edən şəxslərə qarşı hüquqi tədbirlərin görülməsi üçün əlavə əsas yarada bilər.