Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Yaponiyanın yeni sanksiyalarına Rusiyadan sərt cavab
dünya

Yaponiyanın yeni sanksiyalarına Rusiyadan sərt cavab

05-10-2026 22:00 16 Baxış
IMG

Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanın Rusiyaya qarşı tətbiq etdiyi 27-ci sanksiya paketinə sərt reaksiya verib.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata əsasən, yeni məhdudiyyətlər 33 Rusiya hüquqi şəxsinə, 9 fiziki şəxsə və bir sıra xarici şirkətlərə şamil olunub. Sanksiyalar ilk dəfə gəmiçilik sektorunu da əhatə edib.

Rusiya XİN Tokionu Qərbin siyasətini izləməkdə ittiham edib və sanksiyaların Ukraynada sülh perspektivini uzaqlaşdırdığını bildirib.

Nazirlik həmçinin Yaponiyaya qarşı «mütənasib cavab tədbirləri» görüləcəyini açıqlayıb. Bildirilib ki, bu tədbirlər Tokionun maraq göstərdiyi sahələrə toxuna bilər.