Argentina millisi yoldaşlıq görüşündə Boliviya ilə qarşılaşıb.
Tvit.az xəbər verir ki, Kordovadakı “Mario Alberto Kempes” stadionunda keçirilən oyun argentinalıların böyükhesablı qələbəsi ilə başa çatıb – 4:0.
Qolları Lautaro Martines (19), Niko Pas (29), Kristian Romero (53) və Xese Lopes (83) vurub.
Bu, Argentina millisinin DÇ-2026-nın finalında İspaniyaya uduzduqları oyundan (0:1) sonrakı ilk qarşılaşmasıdır. Millinin lideri Lionel Messi bu oyunda iştirak etməyib. 39 yaşlı hücumçu oktyabrın 6-da Beninlə keçirilən görüşdə yığmada vida matçına çıxacaq.