Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Türkiyə Rusiya və Ukraynanı təmkinə və atəşkəsə çağırıb
dünya

Türkiyə Rusiya və Ukraynanı təmkinə və atəşkəsə çağırıb

30-09-2026 22:00 9 Baxış
IMG

Türkiyə Rusiya-Ukrayna münaqişəsinin tərəflərini təmkinli olmağa və atəşkəsə çağırıb.

 

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada keçirilən Milli Təhlükəsizlik Şurasının iclasından sonra yayılan bəyanatda bildirilib.

 

Bəyanatda Rusiya-Ukrayna müharibəsində mövcud vəziyyət, əsasən mülki infrastruktur və nəqliyyat marşrutlarına yönəlmiş hücumların regional və qlobal nəticələri müzakirə olunub.

 

“Böhranın nəzarətsiz şəkildə eskalasiyası və yayılması ilə bağlı tərəflərə təmkinli olmaq və atəşkəsə nail olmaq çağırışı edilib”, – deyə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi bəyanatdan sitat gətirib.

 

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin Ukrayna ətrafındakı münaqişənin davamlı sülhlə başa çatmasının tərəfdarıdır. Onun sözlərinə görə, atəşkəs özü-özlüyündə münaqişənin həlli üçün nəticə verməyəcək.