Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Zaxarova Paşinyanın Rusiya ilə münasibətlər barədə sözlərini şərh edib
dünya

Zaxarova Paşinyanın Rusiya ilə münasibətlər barədə sözlərini şərh edib

30-09-2026 19:00 20 Baxış
IMG

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətlərin əvvəlki kimi olmayacağı barədə açıqlamasını şərh edib.

 

Tvit.az-ın xarici mediaya istinadla məlmatına görə, Zaxarova bildirib ki, Paşinyanın bu ifadə ilə konkret olaraq nəyi nəzərdə tutduğunu anlamaq lazımdır.

 

“Bəlkə də o, münasibətlərin yalnız daha yaxşı olacağını nəzərdə tutub. Gəlin, bu məsələ ilə bağlı dəqiqləşdirmələri gözləyək və sonra şərh verək”, – deyə Zaxarova brifinq zamanı bildirib.

 

Qeyd edək ki, Paşinyan sentyabrın 24-də BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı Ermənistan-Rusiya münasibətlərinin transformasiya mərhələsində olduğunu deyib. Onun sözlərinə görə, əvvəlki dövrdə iki ölkə arasındakı münasibətlərə Ermənistan-Azərbaycan münaqişəsi ciddi təsir göstərib.

“İndi Azərbaycanla sülhə nail olduğumuza görə Ermənistanla Rusiya arasında münasibətlər təbii olaraq dəyişəcək”, – Paşinyan bildirib.