Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuşla və Kriştianu Ronaldu arasındakı münaqişə həll olunub.
Tvit.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.
41 yaşlı hücumçu və 72 yaşlı mütəxəssis UEFA Millətlər Liqasında Norveçlə (2:1) oyundan sonra yaranmış fikir ayrılıqlarını aradan qaldırıblar. Həmin matçda Ronaldu ehtiyatda qalıb və sonradan komandanın məşqində iştirak etməyib.
Təcrübəli forvard sentyabrın 29-da zalda fərdi proqram üzrə məşq edib.
Vəziyyət normallaşsa da, federasiya rəhbərliyi əlavə tədbirlər görmək qərarına gəlib. Belə ki, qurumun rəhbəri Pedro Proensa komandanın düşərgəsinə yollanıb.
Xatırladaq ki, Portuqaliya seçməsi oktyabrın 1-də Kopenhagendə Danimarka ilə üz-üzə gələcək.